Qaxda dördotaqlı evdə yanğın baş verib

18:27 09.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qaxda dördotaqlı evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) hafta.az-a verilən məlumata əsasən, Qax rayonunun Qorağan kəndində ümumi sahəsi 150 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və içərisindəki əşyalar 120 m² sahədə yanıb.

Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.