Qaz xəttində yanğın olub, 1 nəfər yanıq xəsarəti alıb

20:19 19.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağdaş şəhərində diametri 120 mm olan qaz xəttindən sızan məişət qazı və yaxınlıqda ümumi sahəsi 300 m² olan talvarın yanar konstruksiyaları 1 m² sahədə yanıb.

Hafta.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Talvarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.