Qazaxda yol qəzası olub - 2 nəfər xəsarət alıb

21:14 30.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qazaxda yol-nəqliyyat hadisəsi baş verib.

Hafta.az-ın məlumatına görə hadisə rayonun Daş Salahlı kəndində qeydə alınıb.

Hərəkətdə olan "Mersedes" markalı minik maşını ilə digər minik avtomobili toqquşub. Qəza zamanı 54 yaşlı Əhmədov Bahadur və 26 yaşlı Əhmədov İlham xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.