Qazaxıstan BTC ilə 1,5 milyon ton neft göndərmək niyyətindədir

11:12 10.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstan Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə ildə 1,5 milyon ton neft göndərməyi planlaşdırır. TASS respublikanın baş naziri Əlixan Smailova istinadən xəbər verir ki, tədarüklər 2023-cü il yanvarın 1-dən başlayacaq.

"Bakı-Tbilisi-Ceyhan vasitəsilə bizim indi gələn il yanvarın 1-dən bu istiqamətdə 1,5 milyon ton neftin göndərilməsi ilə bağlı razılaşmamız var", - Smailov bildirib.

Onun sözlərinə görə, gələcəkdə respublikanın səlahiyyətli orqanları bu istiqamətdə tədarük imkanlarını dörd dəfədən çox artırmaq niyyətindədirlər. Yaxın gələcəkdə təqribən 6-6,5 milyon ton neftin nəqli səviyyəsinə çatdırılması planlaşdırılır.

Oktyabrın 20-də Reuters mənbələrə istinadən Qazaxıstan hakimiyyətinin Rusiyadan yan keçən alternativ neft ixrac marşrutlarından istifadə etməyə başladığını elan edib.