Qazaxıstan Əfqanıstanın Astanadakı səfirliyini Talibana təhvil verir

15:05 19.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstan Əfqanıstanın paytaxt Astanadakı səfirliyini Talibana təhvil vermək qərarına gəlib.

Hafta.az-ın yazdığına görə, bildirilib ki, Qazaxıstan Çinin vasitəçilik cəhdləri ilə sözügedən səfirliyin Əfqanıstandakı İslam Əmirliyi administrasiyasına ötürülməsinə razılıq verib.

Qazaxıstan Xarici İşlər Nazirliyinin sözçüsü Aybek Smadiyarov vurğulayıb ki, səfirliyin İslam Əmirliyi administrasiyasına verilməsi Talibanın rəsmi tanınması demək deyil və tanınma prosesi yalnız BMT qaydalarına uyğun şəkildə təmin ediləcək.

Məlumdur ki, Qazaxıstanla qarşılıqlı əlaqəyə əsaslanan müsbət əlaqələr quran Əfqanıstan İslam Əmirliyi rəhbərliyi 2022-ci ildə bu ölkə ilə ticarət həcmini 1 milyard dollara çatdırıb.

Bu arada, BMT baş katibinin müavini Əminə Məhəmməd Əfqanıstandakı İslam Əmirliyi rəhbərliyinin tanınması məsələsini müzakirə etmək üçün görüş planlaşdırdıqlarını açıqlayıb. Əminə Məhəmməd bazar ertəsi bildirib ki, yaxın günlərdə Əfqanıstanda İslam Əmirliyinin tanınması ilə bağlı iclas keçirməyi planlaşdırırlar. O, hesab edir ki, Taliban rəsmiləri ilə əlaqə qurulmalıdır.

Siyasət rubrikasından digər xəbərlər