Qazaxıstan iqtisadiyyatı yanvar-may aylarında 3,7 faiz artıb

13:35 16.06.2026 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstan hökumətin mətbuat xidməti bildirib ki, ölkə iqtisadiyyatı 2026-cı ilin ilk beş ayında 3,7 faiz artıb.

Hafta.az yazır ki, istehsal illik müqayisədə 9 faiz, maşınqayırma istehsalı isə illik müqayisədə 22,2 faiz artıb. Yanvar-may ayları ərzində ölkədə 81 mindən çox nəqliyyat vasitəsi istehsal edilib.

Hesabat dövründə kimya sənayesi illik müqayisədə 17,8 faiz, tikinti materialları istehsalı isə 18,7 faiz, kənd təsərrüfatı 3,6 faiz artıb.