Qazaxıstan və Azərbaycan nümayəndələri su təchizatı sahəsində təcrübələrini bölüşüblər

13:55 24.05.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

18-21 may tarixlərində “Astana su arnası” DKM İcraçı Direktoru T.Zeynulkabdenin rəhbərlik etdiyi “Nur-Sultan” şəhəri Akimatın nümayəndə heyəti su təmizləyici qurğuların, su təchizatı şəbəkələrin modernləşdirilməsi, həmçinin, su boruları və kommunal təsərrüfatında qabaqcıl texnologiyaların tətbiqi sahəsində təcrübə mübadilənin aparılması üçün Azərbaycana işgüzar səfər edib. Səfər çərçivəsində qazaxıstanlı nümayəndə heyəti “Azərsu” ASC-nin rəhbərliyi və mütəxəssisləri ilə görüş keçirib, Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi fəaliyyəti ilə tanış olub, “Azərsu”nun Mərkəzi Laboratoriyana baş çəkib.

Hafta.az-ın yazdığına görə, Qazaxıstan nümayəndə heyətini qəbul edən “Azərsu” ASC-nin istehsalat-texniki şöbəsinin rəhbəri Aydın Abbasov “Azərsu”nun fəaliyyəti, su təchizatı və kanalizasiya sistemlərdə tətbiq olunan innovasiyalı texnologiyalar, “smart” tipli hesablama qurğuların istismar edilməsi haqqında ətraflı məlumat verib. Öz növbəsində, qazax nüyaməndə heyətinin rəhbərli T.Zeynulkabden “Astana su arnası”nın hazırkı fəaliyyəti və Nur-Sultan şəhərinin sakinlərini keyfiyətli içməli su ilə təchiz edilməsinə yönələn paytaxt su təmizləyici qurğular şəbəkəsinin inkişafı üzrə planlar haqqında həmsöhbətini məlumatlandırıb. Qeyd edib ki, qardaş şəhərinin su təmizləyici qurğuların modernləşdirilməsi ilə bağlı müsbət təcrübə paytaxtda qarşıdan gələn işləri zamanı yaxşı misal kimi göstərilə bilər.

Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin ziyarəti zamanı qazax nümayəndə heyəti su anbarında suyun götürülməsi ilə bağlı hidrotexniki qurğuları və onun yardımçı infrastrukturu, içməli suyun süzgəcdən keçməsi ilə bağlı texnoloji prosesi, tematik video çarxı nümayişi ilə tikililərin və qabaqcıl qurğuların istismarı təcrübəsi ilə tanış olub.

“Azərsu”nun Mərkəzi Laboratoriyasında görüş zamanı onun direktoru Elçin Əliyev dünya səviyyəsində tanınmış şirkətlərin istehsal etdiyi avadanlıqlardan istifadə edilməklə suyun fiziki-kiməyi və baktrioloji göstəricilərin müəyyən edildiyi içməli və çirkab sular bölmələrində ekskursiya təşkil edib. Qeyd olunub ki, müasir ICP-MS avadanlığı sayəsində insan orqanizmi üçün ciddi təhlükə yaradan ağır toksiki və digər metallar yüksək dəqiqliyi ilə müəyyən edilir.

Səfəri zamanı paytaxt Akimatın nümayəndə heyəti Hövsan aerasiya stansiyasını ziyarət edib və çirkab suların avtomatik mexaniki, bioloji təmizləmə və kimyəvi zərərsizləşdirmə prosesi ilə tanış olub və “Azərsu” ASC-nin tədris-təlim mərkəzinə baxış keçirib.

Səfərin yekunlarında tərəflər qardaşlaşmış paytaxt şəhərlərin su təmizləyici qurğuların müasirləşdirilməsi, əhalini fasiləsiz və keyfiyyətli içməli su ilə təchiz etməyə imkan verən yeni qabaqcıl texnologiyaların tətbiqi sahəsində və qarşılıqlı maraq doğuran digər məsələlər üzrə işgüzar əlaqələri davam etdirməyə razılığa gəliblər.