Qazaxıstan XİN Qarabağda döyüşlərin dayandırılmasına dair bəyanat yayıb

14:00 11.11.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Azərbaycan, Rusiya və Ermənistan rəhbərliyinin Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsi və bütün hərbi əməliyyatların dayandırılması barədə bəyanatını yüksək qiymətləndiririk".

Hafta.az yazır ki, bu sözlər Qazaxıstan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir. Bəyanatda qeyd edilir ki, sitat: Əldə edilən razılaşmalar BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğundur və Dağlıq Qarabağ probleminin həlli üçün əsas ola bilər. Rusiya Federasiyasının razılaşmanın əldə olunmasında konstruktiv rolunu və razılaşmaların praktiki həyata keçirilməsinə yönəlmiş sülhməramlı səylərini xüsusilə qeyd edirik. Ümidvar olduğumuzu bildiririk ki, bu çətin dövrdə Azərbaycan və erməni xalqları bölgədə təhlükəsizliyi təmin edərək davamlı sülh və barışıq üçün möhkəm zəmin yaratmağa çalışacaqlar.