Qəbiristanlıq yaxınlığında silah-sursat tapılıb

11:51 21.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağstafa Rayon Polis Şöbəsinə rayonun Eynallı kəndi ərazisindəki qəbiristanlığın yaxınlığında silah-sursat olması barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, polis əməkdaşları həmin ünvana gələrək müvafiq tədbirlər həyata keçirib.

Sözügedən əraziyə baxış keçirilən zaman oradan 5 ədəd müxtəlif markalı və kalibrli ov tüfəngləri aşkarlanıb.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub, faktla bağlı araşdırmalar davam etdirilir.

Oxunma sayı 63