Qəbiristanlıqda oğurluq edildi

14:39 11.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda qəbiristanlıqda oğurluq edən şəxslər tutulublar.

Bu barədə hafta.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Yasamal Rayon Polis İdarəsi (RPİ) 28-ci Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 8-də rayon ərazisindəki bir qəbirin üzərində quraşdırılan bürüncdən hazırlanan lövhəni sökərək oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri N.Yarıyev, əvvəllər məhkum olunmuşlar – H.Mustafayev və S.Vahabov saxlanılıblar.