Qəbirstanlıqda baş verən yanğın söndürülüb 

10:39 28.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhərinin Xətai rayonunda qəbirstanlıq ərazisində 1 ha sahədə quru ot və kol-kos yanıb. 

Hafta.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.