Qəddafinin oğluna hücum zamanı 18 güllə dəyib

09:05 06.02.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin oğlu Seyf əl-İslamın Əz-Zintan şəhərindəki iqamətgahına hücum zamanı ona 18 atəş açıldığı bildirilib. Bu barədə “Əl-Hadath” televiziyası məlumat yayıb.

Hafta.az xəbər verir ki, mənbələr qeyd ediblər ki, hücum zamanı iki silahlı şəxs birbaşa Seyf əl-İslamın iqamətgahına daxil olub, digər iki nəfər isə binanın xaricində keşik çəkib.

Kanalın məlumatına görə, hücum zamanı Seyf əl-İslam telefonda danışırdı. Onun silahdaşlarından biri ona evinə edilən hücum barədə xəbər verib.