Qərb dairələri Ermənistandan hesabat istəməlidir - Ceyhun Məmmədov

12:35 24.10.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Qərb dairələri zərbaycanda olan abidələri dağıtdıqlarına görə Ermənistandan hesabat istəməlidir.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Ceyhun Məmmədov

bildirib.

C.Məmmədov qeyd edib ki, Ermənistan rəsmiləri Qarabağdan çıxmış ermənilərlə bağlı təzminat istəyir.

“Bəllidir ki, Qarabağı tərk edənlər etiraf ediblər ki, ərazini özləri tərk edir. Ermənilər bizim dini, tarixi abidələri dağıdıb maddi-mədəni nümunələrimizi özləri ilə daşıyıb aparıblar. Eləcədə Şuşa xalçalarını erməni xalçası adı ilə təqdim edirlər. Ermənilər bu günə kimə avropalıların da din qardaşı olan albanların dini abidələrini dağıdıb, məhv ediblər. 1896 -cı ildə Alban Akostl kisəsi ləğv edilərək ermənilərə verildi. Bu gün Qarabağda olan Alban kilsələrinin ermənilərə heç bir aidiyyatı yoxdur. Biz öz abidələrimizi qoruyub bərpa edəcəyik”.

C.Məmmədov hesab edir ki, məhz Ermənistan törətdiyi əməllərə görə cavab verməlidir.

Siyasət rubrikasından digər xəbərlər