Qərbi Azərbaycan Göyçə-Zəngəzur Türk Respublikasının Ankara Bürosu açılıb

09:50 09.09.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qərbi Azərbaycan Göyçə-Zəngəzur Türk Respublikasının Ankara Bürosu Çankaya Beştəpə Mahalında açıldı.

Hafta.az-ın yazdığına görə, tədbirdə çıxış edən Göyçə-Zəngəzur Türk Respublikasının vitse-prezidenti Məhmət Əli Arslan "40 illik hazırlıq. Yenə 44 günlük müharibədən sonra mübarizə ruhunda olan dostlarımızla, qəhrəmanlığımızla. Mübarizə ruhu olan əsgərlər, 1918-ci ildən bu yana 100 ildir Osmanlı torpaqlarındayıq. Əsir torpağı və qoynumuza yapışan xəncəri bu gün buradan çıxardıq ki, bir daha tarixin qaranlıq səhifəsinə dönməyək” deyib.

Göyçə-Zəngəzur Türk Respublikasının Prezidenti Rizvan Talıbov "Dövlətim və millətim üçün xoşbəxtəm ki, Göyçə-Zəngəzur Türk Cümhuriyyəti Türkiyənin paytaxtı Ankarada ilk nümayəndəliyini açır. Biz bir millət, iki dövlətik" deyib. 

Çıxışlardan sonra büronun açılışı olub.

Siyasət rubrikasından digər xəbərlər