Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevə təşəkkür edib

15:32 09.12.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Euronews” televiziya kanalında 2023-cü il dekabrın 9-da yayımlanmış müsahibəsində və 2023-cü il dekabrın 7-də “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” forumunda çıxışında Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququna ifadə etdiyi dəstəyi alqışlayır və bu prinsipial mövqeyinə görə Prezidentə təşəkkür edirik”.

Bu barədə Qərbi Azərbaycan İcmasının açıqlamasında bildirilib.

“Biz möhtərəm Prezident İlham Əliyevin bəyanatlarını və bu sahədə ardıcıl siyasətini təkcə icmamızın hədəfi olan qayıdış hüququmuza yardım etdiyinə görə deyil, həm də bölgədə davamlı sülh və əmin-amanlığı bərqərar etdiyinə görə təqdir edirik. Həqiqətən də, birgəyaşayış və etnik müxtəlifliyə əsaslanan sülhün alternativi yoxdur. Biz qayıdış hüququmuzu Ermənistanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində və dinc şəkildə həyata keçirməyə dair iradəmizi bir daha bəyan edirik. Bu müstəvidə, son günlər Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılmış müsbət addımları alqışlayırıq. Biz Ermənistanı bu müsbət dinamikanı lazımınca dəyərləndirərək, Qərbi azərbaycanlılarla dialoq və barışıq yolunda etimad quruculuğu addımları atmağa çağırırıq”.

Oxunma sayı 62
Siyasət rubrikasından digər xəbərlər