“Qərb mətbuatı, ayrı- ayrı ölkələr, beynəlxalq təşkilatalar “Ermənistanda humanitar böhran var”, “100 min erməni Azərbaycanda etnik təmizləməyə məruz qalıb” deyə yazılar yazırlar. Ermənilər həmişə olduğu kimi yenə də əhalinin sayında rəqəmlərdə manipulyasiya edirlər”.
Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Azay Quliyev bildirib.
A.Quliyev bildirib ki, Qarabağda yaşayan və bu gün Ermənistana gedənlər əsasən Rusiya vətəndaşlarıdır. Paşinyan bu rəqəmi şişirtməklə xaricdən daha çox pul, yardımlar almaq istəyir.
“Avropada qərəzli olaraq ermənilərin qeyd şərtsiz olaraq Qarabağa qaytarılması tələbi qoyulur. Azərbaycan isə açıq elan edib ki, yalnız Qarabağda yaşamış günahsız mülki ermənilər qayıda bilər. İşğal zamanı Qarabağa gələn ermənilər burada qala bilməz. Qayıdış ikitərəfli olmalıdır və əgər ermənilərin Qarabağa qayıdışından söz gedirsə, Qərbi Azərbaycanlılar öz yurdlarına qayıtmalıdırlar”.