Qətər əmiri Zidanı PSJ-nin baş məşqçisi kimi görmək istəyir

21:04 16.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Paris Saint-Germain rəhbərliyi Kristof Qaltyenin komanda məşqçisi kimi fəaliyyətindən narazıdır. Bu barədə “Le Parisien” məlumat yayıb.

Mənbənin məlumatına görə, Qətər əmiri Təmim bin Həməd Al Tani “Real Madrid”dəki fəaliyyəti ilə tanınan Zinəddin Zidanı parislilərin baş məşqçisi kimi görmək istəyir. Zidanla PSJ arasında təxminən il yarımdır danışıqların davam etdiyi, lakin mütəxəssisin Fransa komandasından təklif gözlədiyi qeyd edilir.