Qətərdən Ronaldoya 250 MİLYON AVROLUQ TƏKLİF

09:30 05.12.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Səudiyyə Ərəbistanının “Əl-Nassr” komandasından 200 milyon avroluq təklif alan dünya futbolunun kralı Kriştiano Ronaldo hazırda qətərlilərin radarındadır. Qətərin “Əl-Rayyan” klubu səudiyyəlilərdən daha böyük paket hazırlayıb.

Hafta.az-ın "Əl-Şərq"ə istinadən yazdığına görə, "Mançester Yunayted"lə yollarını ayıran və hazırda klubsuz olan Kriştiano Ronaldo zəngin klubların iştahını açıb. 37 yaşlı futbolçu karyerasını Avropada davam etdirmək istəsə də, ona Şərqdən başgicəlləndirici təkliflər gəlməkdədir.

Qətərin "Ər-Rayyan" klubu Kriştiano Ronaldo üçün ildə 250 milyon avro ödəməklə bağlı təklif hazırlayıb. Məlumata görə, Qətər klubu Ronaldunun Səudiyyə Ərəbistanı klubu "Əl-Nassr"ın 200 milyon avroluq təklifini qəbul etmədiyini nəzərə alaraq ödəniləcək məbləği daha 50 milyon avro qaldırmaqla bağlı qərar verib. 

"Əl-Şərq" yazır ki, dünya çempionatına ev sahibliyi edən Qətər futbol dünyasında varlığını hiss etdirməyə çalışır. Çox güman ki, hətta dövlət də Ronaldonun transferinə öz dəstəyini verəcək.