Yazını böyüt
Yazını kiçilt
Şağan Olimpiya İdman Kompleksində qətlə yetirilən XI sinif şagirdi, 2006-cı il təvəllüdlü Turan Rüstəmovun atası danışıb.
Hafta.az bildirir ki, Baku TV-yə açıqlama verən mərhumun atası Zəka Rüstəmov Turanın onun ikinci övladı olduğunu bildirib.
“8-9 ildir cüdo ilə məşğul olurdu. Dostları mənə deyib ki, yarışdan çıxdıqdan sonra yoldaşı ondan ayaqqabılarını istəyib. Turan ayaqyalın olduğu üçün ayaqlarını stolun üzərinə qoyub. Qətlə yetirən şəxs Turana ayağını aşağı salmasını deyərək təhqir edib. Başına 3-4 bıçaq girib. Oğlumun başı deşik-deşik idi”, - deyə Z.Rüstəmov qeyd edib.
Daha ətraflı süjetdə: