Qəzaya düşən baş redaktor vəfat etdi 

19:38 26.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı-Şamaxı-Yevlax yolunun Göyçay rayonunun Bığır kəndindən keçən hissəsində qeydə alınan ağır yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alan baş redaktor vəfat edib.

 

Hafta.az APA-ya istinadən xəbər verir ki, "Göyçay" qəzetinin baş redaktoru Əliyev Abdulla Hacağa oğlu həkimlərin səyinə baxmayaraq, bu gün dünyasını dəyişib.

 

Qeyd edək ki, noyabrın 20-də Abdulla Əliyevin idarə etdiyi “Lada” markalı minik avtomobili yük maşını ilə toqquşub. Qəza nəticəsində Abdulla Əliyev ağır, avtomobildə olan ailə üzvləri isə yüngül dərəcəli bədən xəsarətləri alıblar.

Oxunma sayı 2958