Yazını böyüt
Yazını kiçilt
İsrail qüvvələrinin 2023-cü ilin oktyabr ayının əvvəlindən Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyatdan bəri 35,1 min fələstinli həlak olub. Bu məlumatları Fələstin anklavının Səhiyyə Nazirliyi təqdim edir.
Məlumata görə, “İsrailin Qəzzaya təcavüzü qurbanlarının sayı hazırda 35 091 nəfərə çatıb, daha 78 827 nəfər yaralanıb”. Departament qeyd edib ki, son 24 saat ərzində Qəzzada 57 nəfər həlak olub, 82 nəfər yaralanıb.
Ləman Əliyeva