“QHT-lər siyasi məqsədlər üçün istifadə edilən siyasi alətdir” - İrakli Kobaxidze

10:50 23.05.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Hamımız çox yaxşı başa düşürük ki, ümumiyyətlə QHT-lər müxtəlif ölkələrdə siyasi maraq və məqsədləri həyata keçirmək üçün istifadə edilən siyasi alətdir. Bundan irəli gələrək, məsələ siyasətlə əlaqəli olduqda, heç kim heç vaxt öz maliyyəsinin şəffaflığına sevinmir”.

Hafta.az-ın yazdığına görə, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze Birinci Kanalın “Qərar ” verilişində deyib.

İrakli Kobaxidzenin qeyd etdiyi kimi, QHT-lərin fəaliyyətinin şəffaf olmaması məsələsində açıq-aşkar siyasi maraq üzə çıxırdı.

“Bu subyektiv maraq başadüşüləndir, hərçənd sonda səndən şəffaflıq tələb olunduqda, ona qarşı bu qədər kobud mübarizə apara bilməzsən. Bu, sadəcə anlaşılmaz və qəbuledilməzdir”, - baş nazir deyib.

Kobaxidze deyib ki, məhz bu amil onların müzakirənin qarşısını almağa çalışmasının və son anda, o cümlədən Salome Zurabişvilini bu prosesə sövq etdiklərinin izahıdır.

“Biz hamıya sağlam müzakirə üçün veto prosedurundan istifadə etməyi təklif edəndə, bu halda da kobud şəkildə Salome Zurabişvilini müzakirənin qarşısını almağa və qeyd-şərtsiz veto qoymağa sövq etdilər”- deyə İrakli Kobaxidze bildirib.

Oxunma sayı 438