Qırğızıstan bankları da Mir kartlarından imtina edir

19:52 19.10.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Qırğızıstanda Asiya Bankı Rusiyanın “Mir” ödəniş sisteminin kartlarına xidmət göstərməyi dayandırıb. Hafta.az bankın mətbuat xidmətinə istinadən məlumat yayıb.

“Məlumat veririk ki, 19 oktyabr 2022-ci il tarixindən bankın bankomat və POS terminallarında “Mir” kartlarının xidməti dayandırılıb. Yaranmış hər hansı narahatlığa görə üzr istəyirik və anlayışınız üçün təşəkkür edirik”.

Əvvəllər Mir kartları Companion, Bakai Bank və Doskredobank banklarına xidmət göstərməyi dayandırıb.

Qırğızıstan bankları 2019-cu ildən Mir kartları ilə işləyir. Ümumilikdə ölkədə 23 kommersiya bankı fəaliyyət göstərir.