Qırğızıstan Qazaxıstanın cənubuna suyun verilməsini dayandırdı

09:05 23.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qırğızıstan Talas vilayətindəki Kirov bəndində suyun səviyyəsinin kritik azalması səbəbindən Qazaxıstanın cənub bölgəsinə suyun axınını dayandırdığını açıqlayıb.

Hafta.az-ın yazdığına görə, Qırğızıstan Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat Mərkəzindən də bildirilib ki, Qazaxıstana su axını dayandırılıb.

Nazirlikdən verilən açıqlamada, "Su Qırğızıstanla Qazaxıstan arasında imzalanan supaylama proqramı və protokola əsasən verilib. Beləliklə, Qazaxıstan qarşısında bütün öhdəliklərimizi yerinə yetirmişik" deyilib.

Bundan əlavə, açıqlamada, "Sututma həcmi 550 milyon kubmetr olan Kirov bəndində bu gün 14,5 milyon kubmetr su ölçülüb. Bu su həcmi ötən illə müqayisədə 92,1 milyon kubmetr azdır.

Digər tərəfdən, Kənd Təsərrüfatı Nazirliyinin Suvarma Elmi-Tədqiqat İnstitutunun müdiri professor Ulan Çortombayev sosial media hesabında suyun səviyyəsinin xeyli aşağı düşdüyü görünən Kirov bəndinin fotosunu paylaşıb. Çortombayev, Kirov bəndindəki suyun səviyyəsinin peyk üzərindən asanlıqla göründüyünü, bənddə qalan suyun balıqların ölməsinin qarşısını almaq üçün istifadə edildiyini bildirib.

Siyasət rubrikasından digər xəbərlər