Qırğızıstan-Tacikistan sərhədində yenidən toqquşma oldu: ÖLƏN VƏ YARALANANLAR VAR

10:30 14.09.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt
Bu gün səhər saatlarında Tacikistan-Qırğızıstan sərhədində yenidən silahlı toqquşma baş verib.
 
Hafta.az-ın yazdığına görə, bu barədə Qırğızıstan ordusu mənbələrindən məlumat verilib. Bildirilib ki, yerli vaxtla saat 07:00 radələrində Qırğızıstanın Batken bölgəsi yaxınlığında qarşıdurma baş verib. İki ölkə arasında gerçəkləşdirilən təmaslardan sonra qarşıdurma saat 13.00 radələrində başa çatıb.
 
Qırğızıstan mənbələrindən verilən açıqlamada ordu qüvvələri tərəfindən ölən və yaralananların olmadığı, Tacikistan mənbələri isə qarşıdurmada 1 tacik əsgərin şəhid olduğunu, 2 əsgərin isə yaralandığını bildirib.
 
Qırğızıstanla Tacikistan arasında mübahisəli sərhəd bölgəsi tez-tez münaqişələrə səbəb olur. Ötən müddətdə iki ölkənin sərhəd qoşunları arasında dəfələrlə toqquşmalar baş verib.
Siyasət rubrikasından digər xəbərlər