Qırğızıstanda bir gündə koronavirusa 556 nəfər koronavirusa yoluxub

14:58 07.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Son gün ərzində Qırğızıstanda COVID-19-a yoluxma sayı yenidən artıb. Əgər dünən bu rəqəm 439 olmuşdursa, bu gün 556-ya çatıb və pandemiya dövründə 62 min 304 nəfər təşkil edib.

Hafta.az xəbər verir ki, son 24 saatda 551, ümumiyyətlə isə 53 min 406 xəstə sağalıb.

Son sutkada virusdan 2 xəstə həyatını itirib, ölənlərin sayı 1172 nəfərə çatıb.

Qeyd edilir ki, xəstəxanalarda 3 min 445, ev şəraitində 3 min 645 pasiyent müalicə olunur.

Bildirilir ki, son gündə 5, ümumiyyətlə 3 min 640 tibb işçisi koronavirusa yoluxub, onların 3 min 410-u sağalaraq evə buraxılıb.