Qırğızıstan Milli Statistika Komitəsinin mövzu ilə bağlı verdiyi açıqlamada, Prokurorluğun statistikasına əsaslanan məlumatlarda Qırğızıstanda cinayət nisbətlərinin keçən illə müqayisədə azaldığı bildirilib.
Hafta.az-ın yazdığına görə, açıqlanan məlumatlara görə, 2024-cü ilin ilk 8 ayında Qırğızıstanda ümumilikdə 25700 cinayət törədilib. Bildirilib ki, bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 14,8 faiz azdır. 2024-cü ilin yanvar-avqust ayları arasında 3 min ağır və çox ağır cinayət qeydə alınıb. Belə cinayətlər əvvəlki illə müqayisədə 11,9 faiz azalıb. Xüsusilə mülkiyyətlə bağlı cinayətlər ümumi cinayətlərin 71 faizindən çoxunu təşkil edir.
Baş Prokurorluğun məlumatına görə, cinayət törətmiş şəxslərin sayı 13001 nəfər olaraq qeydə alınıb. Bu şəxslərin 11164-ü kişi, 1837-si isə qadındır. Bundan əlavə, cinayətlərin 8,5 faizinin 18 yaşına çatmamış şəxslər tərəfindən törədildiyi müəyyən edilib.
Qırğızıstandakı bu müsbət inkişaf cəmiyyətin təhlükəsizliyinin yaxşılaşdırılması səylərini dəstəkləyir.