Türkiyənin daxili işlər naziri Əli Yerlikaya İnterpol tərəfindən qırmızı bülletenlə axtarılan daha 2 nəfərin İstanbulda "Qəfəs 20" əməliyyatı ilə tutulduğunu açıqlayıb.
Hafta.az-ın yazdığına görə, tutulan adlardan birincisi Belçikadakı narkotik quldur dəstəsinin rəhbəri olub. İngiltərə vətəndaşı Məhəmməd Zakir Miah İstanbulun Büyükçəkməcə rayonunda saxlanılıb.

İkinci şəxs Çin vətəndaşıdır. Vyetnamda ağır yaralandığı üçün axtarışda olan Çen Xuefeng İstanbul Bağcılarda keçirilən əməliyyatlar zamanı yaxalanıb.
Nazir Ali Yerlikaya sosial media hesabındakı paylaşımında bu barədə məlumat verib: "İstanbul Narkotik Cinayətlərlə Mübarizə, Kəşfiyyat və Mühacir Qaçaqmalçılığı və Sərhəd Keçidləri Şöbə Müdirliklərinin birgə apardığı işlər nəticəsində İnterpolun qırmızı bülleteni ilə axtarılan Məhəmməd Zakir Miah İstanbulun Büyükçəkməcə, çinli Çen Xuefeng də İstanbul Bağcılarda həyata keçirilən "Qəfəs-20" əməliyyatları zamanı ələ keçirilib. Çen Xuefenin Vyetnama ekstradisiya prosedurları artıq tamamlanıb".