Qızlar arasında həndbol üzrə Avropa çempionatı Bakıda keçiriləcək

23:51 24.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Lüksemburqda Avropa Həndbol Federasiyasının 16-cı konfransı və 15-ci konqresi keçirilir.

Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, tədbirdə ölkəmizi Azərbaycan Həndbol Federasiyasının (AHF) vitse-prezidenti Orxan Abbasov təmsil edir.

Üç gün davam edəcək toplantıda Avropada qadın həndbolunun hazırki vəziyyəti, iştirakçı federasiyaların sayının artırılması, çimərlik həndbolunun inkişaf perspektivləri və digər məsələlər müzakirə olunur.

Tədbir çərçivəsində həm də Avropa Həndbol Federasiyasının İcraiyyə Komitəsinin iclası da keçirilib. İclasda 2005-ci il təvəllüdlü qızlar arasında Avropa çempionatının 2023-cü ildə Bakıda keçirilməsi ilə bağlı qərar qəbul olunub.

Oxunma sayı 3043