Qondarma “artsaxbank”ın 10 kisə qızılını kim oğurladı?

14:37 06.10.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Oktyabrın 2-də İrəvanda Qarabağdan köçmüş erməninin avtomobilindən xüsusilə külli miqdarda oğurluq hadisəsi baş verib.

Hafta.az xəbər verir ki, bu haqda Shamshyan.com. məlumat yayıb.

Həmin gün İrəvan sakini 44 yaşlı Arman M. Ermənistan Daxili İşlər Nazirliyinin kriminal polisinin baş idarəsinə müraciət edərək bildirib ki,  sentyabrın 22-də Artsax Respublikasından əhalinin təxliyəsi barədə məlumat əldə etdikdən sonra qanunsuz  və qondarma “artsaxbank”ın Xocavənd “şəhərindəki filialında olan bütün pul vəsaitini - təqribən 60 milyon dram və girov qoyulmuş 100-ə yaxın kisədəki qızıl-zinət əşyalarını götürərək öz şəxsi avtomobilinə qoyub və ertəsi gün Ermənistana köçmək üçün evinə gedib.

Ertəsi gün səhər saatlarında naməlum şəxs və ya şəxslərin avtomobilin şüşəsini sındıraraq çantalardakı bütün pulları və qızıl-zinət əşyalarını oğurladığını görüb.

Hadisə ilə bağlı Ermənistan Respublikası Daxili İşlər Nazirliyinin kriminal polisinin baş idarəsi sənədlər hazırlayıb və Ermənistan İstintaq Komitəsinə təhvil verilib”- xəbərdə belı deyilir.

Zəruri şərh:

Xəbərdən dəqiq aydınlaşmır ki, oğurluq hadisəsi Xocavənddə , yoxsa həmin erməni qanunsuz “bank” əməkdaşı avtomobilində qeyd edilən məbləğdə pul və zinət əşyaları ilə birgə Azərbaycan dövlət sərhədini keçib İrəvana gəldikdən sonra orada baş verib. Bütün hallarda həmin pul vəsaiti və qiymətli əşyalar Azərbaycan dövlətinin suveren ərazisində əldə edildiyindən onlar müvafiq qurumlara təhvil verilməli və ərazimizdən çıxarılmamalı idi... Oğurluğun Xocavənddə baş verdiyi halda isə bu barədə “sülhməramlı”lar vasitəsilə Azərbaycanın müvafiq qurumlarına məlumat verilməli idi. Oğurluq İrəvanda baş versə də, Azərbaycan tərəfinin Ermənistanın hüquq-mühafizə orqanlarından həmin vəsaiti geri tələb etmək hüququ var...

Siyasət rubrikasından digər xəbərlər