Qoşulmama Hərəkatı Prezidentin apardığı siyasət nəticəsində  dünyanın aparıcı təşkilatı olub - Politoloq

12:10 06.03.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Qoşulmama Hərəkatının zirvə toplantısının Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq müstəvidəki əhəmiyyətini artırır.

Bunu hafta.az-a siyasi ekspert Məhəmməd Əsədullazadə indiki geosiyasi reallıqlar fonunda Qosulmama zirvəsinin əhəmiyyətini təhlil edərkən bildirib.

M.Əsədullazadə II Qarabağ müharibəsi dövründə Qoşulmama Hərəkatının 90 faiz üzvünün Azərbaycanın mövqeyini dəstəkləməsini də məhz bu kontekstdə uğurlu hal kimi dəyərləndirib. O, bildirib ki, Azərbaycan bu zirvəyə sədrliyə başladığı dövrdə Qoşulmama Hərəkatı Prezidentin apardığı siyasət nəticəsində  dünyanın aparıcı təşkilatı olub.

“Azərbaycanın bu sırada Qoşulmama Hərəkatının Parlament Gənclər Şəbəkəsinin yaradılması təklifini xüsusilə  qeyd etmək olar. Bunun geosiyasi əhəmiyyəti yüksəkdir və Azərbaycan region, Zəngəzur dəhlizi ilə bağlı mövqeyini qoruyur”.

Siyasət rubrikasından digər xəbərlər