Qoşulmama Hərəkatının səsi Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlardan gəlir  - Qabil Hüseynli

14:01 06.07.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Məlum olduğu kimi, 2019-cu ildən etibarən Azərbaycan Qoşulmama Hərəkatının (QH) üzv ölkələrinin yekdil qərarı ilə üç il müddətinə QH-yə sədrliyi həyata keçirməyə başladı. Azərbaycanın sədrliyi dövründə gördüyü işlərə, irəli sürdüyü təşəbbüslərə və təsisatın fəaliyyətinin genişləndirilməsi, beynəlxalq aləmdə nüfuzunun artması istiqamətində atdığı addımlara görə ölkəmizə etimadın göstəricisi kimi Hərəkata sədrliyimiz daha bir il uzadıldı. Müddətin uzadılmasının hansı əhəmiyyəti var?

Politoloq Qabil Hüseynli hafta.az-a açıqlamasında Azərbaycanın  Qoşulmama Hərəkatına sədr olduğu müddətdə bu hərəkatın nüfuzunun ölçüyəgəlməz dərəcədə artdığını deyib. Onun sözlərinə görə, bu Hərəkat Beynəlxalq münasibətlərdə çox dinamik bir rol oynayır.

“Qoşulmama Hərəkatının səsi Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlardan gəlir.  Azərbaycanın sədr olduğu müddət əsasən KOVİD 19 xəstəliyinin bütün dünyanı bürüdüyü və dünya iqtisadi böhranının dərinləşdiyi dövrə təsadüf edir. Məhz bu dövrdə Azərbaycan iqtisadi cəhətdən zəif inkişaf etmiş, geridə qalan ölkələrdə həm KOVİD 19 infeksiyasına qarşı vaksinərin ədalətli bölünməsi, həm də bu ölkələrə iqtisadi, maliyyə yardımının göstərilməsi istiqamətində böyük rol oynadı.  Azərbaycan özü öz fondundan 5 ölkəyə vaksin yardımı göstərdi.  Üstəlik Azərbaycan Ümumdünya Səhiyyə Cəmiyyətinin xətti ilə geridə qalmış və inkişaf etməkdə olan ölkələrə səhiyyə yardımı göstərmək üçün təxminən 30 milyon dollarlıq vəsit ayırdı. Bütün bunlar Azərbaycanın  Qoşulmayan Hərəkatına rəhbərliyi dövründə bu təşkilatın hörmət və nüfuzunun artması və burada iqtisadi və səhiyyə böhranının aradan qaldırılmasında böyük rol oynadı”.

Politoloq son vaxtlar Azərbaycan daha bir maraqlı təşəbbüslə çıxış etməsinə diqqət çəkib.

“Azərbaycan tərəfi belə hesab edir ki,  Qoşulmayanlar Hərəkatının BMT-nin Təhlükəsizlik Şurasında 1 nəfər nümayəndəsi olmalıdır.  Hansı ölkə Qoşulmayanlar Hərəkatının sədridirsə, həmin ölkə  BMT-də Qoşulmayanlar Hərəkatını Veto hüququ ilə təmsil edəcəkdir.  Azərbaycan bu mövqeni xeyli populyarlaşdırıb və demək olar ki, ictimai fikrə yeridə bilib”.

Q.Hüseynli bu günlərdə Bakıda keçirilən nazirlərin zirvə toplantısında da bir sıra prinsipial məsələlərə toxunulduğunu və bu məsələlər içərisində də hər şeyin Qoşulmayan Hərəkatının nüfuzunun artırılması, BMT-dən sonra ikinci təşkilat sayılan bu hərəkatın beynəlxalq məsələlərin həllindəki rolunun artırılmasına yönəldiyini deyib. 

Siyasət rubrikasından digər xəbərlər