Martın 1-3-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü keçirilir.
Azərbaycan koronavirusla bağlı beynəlxalq təşəbbüsləri dəstəkləyib və bir çox hallarda həmin təşəbbüslərin müəllifi olub. Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının fövqəladə Zirvə görüşü keçirilib. Bu, dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunmuş ilk Zirvə görüşü idi. BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasında Qoşulmama Hərəkatının sədri kimi çıxış edən Prezident İlham Əliyev bütün ölkələri həmrəyliyə, bu bəlaya qarşı mübarizədə səyləri birləşdirməyə çağırıb.
Xatırladaq ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında 2020-ci il mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirilib.
Pandemiya ilə əlaqədar indiyə qədər Azərbaycan 80-dən çox ölkəyə tibbi, maliyyə və humanitar yardım göstərib. Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində könüllü ianə verib. Onun 5 milyonu pandemiya ilə bağlı tədbirlərə, 5 milyonu isə Qoşulmama Hərəkatına üzv olan kasıb ölkələrə yardıma yönəldilib.
Ümumiyyətlə, Qoшулмама Щярякатынын сядри кими Азярбайъан бир чох юнямли гярарлара имза атыб. Тяшкилатын нцфузунун артырылмасы, юлкямизин бейнялхалг ялагяляринин дяринляшдирилмяси истигамятиндя рясми Бакынын йцрцтдцйц сийасят тяшкилата цзв дювлятляр тяряфиндян щяр заман чох мцсбят гаршыланыб.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti, politoloq Mətin Məmmədli bildirib ki, Azərbaycanın Qoşulmama Hərəkatında iştirakı ölkəmizin uğurlu xarici siyasəti ilə bağlıdır. Ekspert ölkəmizin Qoşulmama Hərəkatına qoşulmasını tam məntiqli və qanunauyğun hesab edir:
“Ölkəmiz hər hansı br formada hərbi bloklara qoşulmamaq xəttini həyata keçirir. Qoşulmama Hərəkatına sədrlik dövründə ölkəmiz təşkikatın fəaliyyətinin gücləndirilməsi ilə bağlı bir sıra təşəbbüslərlə çıxış edib və bu istiqamətdə də fəaliyyətini davam etdirəcək. Qoşulmama Hərəkatı həm də bizim milli maraqlarımızı təmin etmək üçün bir platformadır. Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etdikdən sonra, həyata keçirdiyi fəaliyyət də göstərir ki, bu istiqamətdə qarşısında qoyduğu məqsədlərə çatır”.
“Qoşulmama Hərəkatında Azərbayanın həm adi üzv, həm də sədr kimi fəaliyyəti məzmunludur, konkret istiqamətli və nəticəyönümlüdür. Qoşulmama Hərəkatının strukturlaşması və yaxud da institutlaşmasında Azərbaycanın olduqca önəmli rolu var”.
Bunu isə “Həftə içi”nə siyasi şərhçi Aydın Quliyev bildirib.
Onun sözlərinə görə, Qoşulmama Hərəkatının sambalı, reytinqi və dünya proseslərinə təsir göstərmək üçün istifadə etdiyi üsullar son illərdə xeyli dərəcədə zənginləşib və ya daha mükəmməl xarakter alıb.
“Qoşulmama Hərəkatının Parlament Assambleyasının yaradılması təşəbbüsünü Azərbaycan irəli sürüb, hərəkat çərçivəsində Covid 19-a qarşı mübarizə ilk dəfə Azərbaycanın təşəbbüsü ilə keçirilib. Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın təşəbbüskarılığı və müraciəti əsasında BMT Baş Məclisinin Covid-ə qarşı xüsusi iclası keçirilib. Azərbaycanın təşəbbüsü ilə dünyada vaksin ədalətsizliyinə qarşı mübarizə ilə bağlı bəzi əhəmiyyətli qərarlar məhz BMT-də qəbul olundu. Qoşulma Hərəkatının dünyanın başqa beynəlxalq təşkilatları ilə təmaslarının qurulmasında Azərbaycan maraqlı təşəbbüslərin müəllifidir və bu yöndə konkret addımlar atılaraq nəticələr də alınıb. Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində və bu təşkilatın özündə mühitin saflaşmasına təsir göstərib. Azərbaycana qədər Qoşulmama Hərəkatı müəyyən platformalar üzrə ya tamamilə, ya da əksər üzvləri eyni mövqedən çıxış ediblər. Azərbaycan Qoşulmama Hərəkatında yeni prinsiplərlə fəaliyyətə başlayandan sonra təşkilatda belə faktların sayı çox olub. Bu, Qoşulmama Hərəkatının mütəşəkkil bir təşkilata çevrilməsi yönündə addımlardır. BMT-də hansısa bir qərarın bloklanmasında da Qoşulmama Hərəkatının üzvlərinin eyni mövqedən çıxış etməsi bir faktdır, bu da üzvlərin vahid ideya ətrafında birləşməyə, inteqrasiya olunmağa şərait yaradıb. BMT qərarının bloklanması birbaşa Azərbaycanla bağlı olub. Amma belə siyasi həmrəyliyin nümayiş olunması indiyə qədər görünməmiş siyasi həmrəylik institunun möhkəmlənməsindən xəbər verir”.
A.Quliyev hesab edir ki, məhz Qoşulmama Hərəkatının üzvlərinin belə jestlərdən sonra öz güclərinə inamları artıb. Onun fikrincə, Qoşulmama Hərəkatının bir təşkilat kimi dünya siyasətində mövqeyinin möhkəmləndirilməsində Azərbaycan Prezidentinin bu mövqeyi xüsusilə təqdirəlayiqdir.
“Bu, BMT idarəçiliyində və tərkibində dəyişikliklərin edilməsi, Qoşulmama Hərəkatına sədrin rotasiya qaydasında BMT Təhlükəsizlik Şurasının daimi üzvləri sırasında təmsil olunması təklifidir. Bu gün Qoşulmama Hərəkatının sədri Azərbaycandır. Ola bilər ki, Azərbaycan sədr olduğu müddətdə BMT Təhlükəsizlik Şurasının sayı, tərkibi dediyimiz istiqamətdə genişlənməsin. Amma daimi üzvlərinin, ümumiyyətlə strukturunun dəyişməsi qaçılmazdır. Burda söhbət Qoşulmama Hərəkatının dünyada BMT sistemində nüfuzunu qaldıran bir təşəbbüsün gerçəkləşməsindən gedir ki, bu təşəbbüsün də müəllifi Azərbaycandır. Buna görə də Azərbaycanın Qoşulmama Hərəkatında iştirakı həm bu təşkilatın nüfuzunun artmasına təsir göstərir, dünya siyasətində, beynəlxal səviyyədə mövqeyini, sambalını artırır”.
Ekspert hesab edir ki, Azərbaycanın hazırki şəraitdə müharibədən sonra yaşadığı bəzi problemlərin dünya ictimaiyyətinə çatdırılmasında Qoşulmama Hərəkatı vacib və əhəmiyətli platformadır. O, bildirib ki, bu platformada olan ölkələr Azərbaycanın problemlərinə həssaslıqla yanaşıblar. “Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində fəaliyyəti təşəbbüskar ölkə olaraq Rusiya-Ukrayna müharibəsindən sonra yaranan yeni dünya düzənin formalaşdırılması tələblərinə də uyğundur”.