Qubada 3 tondan artıq narkotik bitki məhv edilib

11:57 10.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qubada yabanı halda bitən xeyli miqdarda narkotik tərkibli bitki aşkar edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən hafta.az-a verilən xəbərə görə, Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Uzunmeşə kəndi ərazisində yabanı halda bitmiş, çəkisi 3,2 ton olan 5400 ədəd çətənə kolu aşkar edilib.

Aşkar edilmiş narkotik tərkibli bitkilər yandırma yolu ilə məhv edilib.

Oxunma sayı 517