Yazını böyüt
Yazını kiçilt
Qubada güclü külək bir sıra fəsadlar törədib.
Hafta.az xəbər verir ki, rayonun Fətəlixan küçəsində beşmərtəbəli binanın damını külək uçurub. Binanın həyətində olan 5 avtomobilə ciddi ziyan dəyib.
Quba Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, dəyən ziyanın aradan qaldırılması istiqamətində işlər aparılır.
Güclü külək, həmçinin şimal bölgəsində elektrik təsərrüfatına da ziyan vurub.