Qubada yeniyetmə qız dəm qazından zəhərlənib

23:15 27.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qubada dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

Hafta.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun İqrıq kəndində baş verib.

Kənd sakini, 2005-ci il təvəllüdlü Dilarə Manafova dəm qazından zəhərlənmə diaqnozu ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. İlkin tibbi yardımdan sonra o, ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.