Yazını böyüt
Yazını kiçilt
Quba-Qusar yolunda baş verən qəzada turistlər yaralanıb.
İçərisində ərəb turistlərin olduğu “Mercedes Vita” markalı avtomobil yoldan çıxaraq aşıb. Qəza nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralılara müvafiq tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.