Quş qripinə daha 2 yoluxma qeydə alındı

22:12 10.12.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Cənubi Koreyada yüksək patogenli quş qripinə daha 2 yoluxma qeydə alınıb.

Hafta.az xarici mediaya istinadən xəbər verir ki, yeni yoluxmalar Cənubi Çhunqçhon və Kyongi əyalətlərində quşçuluq fermalarında aşkarlanıb. Bununla da cari mövsümdə yoluxma ocaqlarının sayı 10-a yüksəlib. Hazırda həmin fermalarda epidemioloji təhqiqat aparılır.

Kənd Təsərrüfatı Nazirliyi quşçuluq təsərrüfatlarını virusun yayılmaması üçün qabaqlayıcı və karantin tədbirləri görməyə çağırıb.