Quzğun qıtlığı Zərdüşt ənənəsinə son qoya bilər

10:29 06.05.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Hindistan yarımadasında quzğun quşlarının sayının azalması səbəbindən zərdüştilik ənənələrinə uyğun olaraq dəfn mərasimlərinin təşkili getdikcə çətinləşir.

Hafta.az-ın “The Guardian”a istinadən yazdığına görə, Hindistan, İran və Pakistanda quzğunların sürətlə azalması səbəbindən ənənəvi dəfn mərasimlərinin keçirilə bilmədiyi yazılıb.

Pakistanın Kəraçi şəhərində yaşayan 80 yaşlarında olan Hoşanq Kapadia "Artıq adət-ənənələrimizi saxlaya bilmirik. Biz həyat tərzimizi, mədəniyyətimizi itirmişik" deyib.

Təxminən 3500 illik tarixi olan qədim fars dini olan zərdüştilikdə ölülər “sükut qüllələri” adlanan tikililər üzərinə qoyulur. Bu silindrik konstruksiyaların üzərinə qoyulmuş cəsədlər quzğunlar və digər leşyeyənlər tərəfindən parçalanır. Bir müddət çürüməyə qalan meyitlərin sümükləri əhəng və fosfora çevrilərək qüllədəki quyuya atılır.

Bu ənənədə cənazə qalıqları ilə torpağı çirkləndirməməyin vacib olduğunu bildirən Kapadia, "Məsələ torpağı çirkləndirməməkdir. Az almaq, çox vermək" deyib.

Kəraçi parsili Şirin ətraf mühitin dəyişməsi və urbanizasiyanın dəfn mərasimlərini demək olar ki, qeyri-mümkün etdiyini və “Bizim ənənəmiz indi ölür” deyib. Şirin bildirib ki, Kəraçidə cəmi iki sükut qülləsi qalıb və onlar demək olar ki, tərk edilib.

Kapadia, həyatını itirənləri Parsis üçün ayrılmış məzarlarda basdırmalı və ya yandırmalı olduqlarını da söyləyib.

Hind çayının deltasında yerləşən Kəraçidə təxminən 20 milyon insan yaşayır. Zərdüştiliyə inanan Kəraçi Parsisinin əhalisi isə cəmi 800 nəfərdir.

Xəbərdə xüsusilə Hindistan və Pakistanda iribuynuzlu heyvanlarda geniş istifadə edilən iltihab əleyhinə dərman olan diklofenakın cəsədləri yeyən quzğunları zəhərlədiyi bildirilib.

2007-ci ildə aparılan bir araşdırmada Hindistanda və ətraf bölgədə yaşayan üç quzğun növünün təxminən 97 faizinin yoxa çıxdığı bildirilib.