Abşeron rayon Məhkəməsində karantin qaydalarını pozaraq övladına toy edən sabiq deputat İlham Əliyev və qudası Rövşən Mustafayevin işi üzrə məhkəmə prosesi başa çatıb.
Hafta.az-ın məlumatına görə, prosesdə qərar elan olunub. Məhkəmənin qərarı ilə İlham Əliyev və Rövşən Mustafayev 211.1-ci maddəsilə 15 gün həbs edilib.
***
Övladına xüsusi karantin zonasında toy məclisi təşkil edən sabiq deputat İlham Əliyev məhkəməyə çağırılıb.
Modern.az-ın Elektron Məhkəmə Sisteminə istinadən xəbərinə görə, İ. Əliyev karantin qaydalarını pozmaqda təqsirləndirilib. O İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) cərimələnəcəyi ehtimal edilir. Sabiq deputat Abşeron rayon Məhkəməsinə çağırılıb.
Qeyd edək ki, ötən gün İlham Əliyevin oğlunun toy mərasimindən videogörüntülər yayılmışdı.