“Sentyabrın 19-20-də Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror əməliyyatı nəticəsində kriminal erməni xunta rejiminin darmadağın edildi”.
Hafta.az xəbər verir ki, bunu spiker Sahibə Qavarova bu gün öz işinə başlayan MM-in iclasında bildirib.
Spiker qeyd edib ki, sentyabrın 19-da Qarabağ iqtisadi rayonunda keçirilən antiterror əməliyyatını və əldə olunan zəfərimizi Vətən müharibəsinin davamı hesab etmək olar.
Spiker keçirlən əməliyyatlar nəticəsində Azərbaycan ərazilərinin tam işğaldan azad olunduğunu, suverenliyinin, müstəqilliyinin bərpa edildiyini qeyd edərək, II Qarabağ savaşında müharibədə, antiterror və digər əmliyyatlarda şəhid olan qəhrəman işidlərimizə allahdan rəhmət, qazilərimizə cansağlığı diləyib.
Spiker reinteqrasiya prosesinin uğurla başladığını vurğulayaraq, Ali Baş Komandanın fikirlərindən sitat gətirib:
“Bizə xor baxanlar, torpaqlarımıza göz dikənlər , uğurumuzu həzm edə bilməyənlər heç vaxt unutmasınlar ki, Dəmir Yumruq yerindədir. Heç kim bizimlə diqtə dili ilə danışa bilməz və onu da unutmasınlar ki, Qarabağ Azərbayacandır!”