“Renault”nun təchizatçısından “Moskviç”ə iflas iddiası

09:43 13.05.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Honq-Konq şirkəti Rusiyadakı sanksiyalardan sonra “Renault”dan bələdiyyəyə təhvil verilən “Moskviç” fabrikinin iflası üçün müraciət edib.

Hafta.az-ın yazdığına görə, Moskva Arbitraj Məhkəməsində qaldırılan iddiaya görə, şirkət “Moskviç”in onlara 2,5 milyon avro borcunu ödəmədiyini iddia edir. “Moskviç” rəhbərliyi isə borcun zavodun keçmiş sahibi “Renault Rossiya” şirkətinə aid olduğunu iddia edir.

Bildirilir ki, bu borc “Renault Logan” modellərinin istehsalında istifadə olunan ehtiyat hissələrinin avadanlıqlarının tədarükü müqaviləsindən yaranıb.

“Moskviç” rəsmiləri avadanlığın tədarük edildiyini və işlək vəziyyətdə olduğunu sübut edən lazımi sənədlərin təqdim edilmədiyini iddia edirlər.