Rəqsanənin geyimi tənqid olundu - VİDEO

14:16 02.03.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Müğənni Rəqsanə İsmayılova seçdiyi geyimlə sosial şəbəkələrdə yenidən müzakirələrə səbəb olub.

Hafta.az xəbər verir ki, səhnə obrazı və iddialı tərzi ilə diqqət çəkən müğənni bu dəfə də izləyicilərin maraq dairəsinə düşüb.

İfaçı gözəlliyi ilə öyünüb:

"Geyimi daşımaq var. Geyinə bilərsiniz, amma onu daşıya bilməzsiniz. 4 uşaq doğmuşam, heç bilinir? 5-ci də gəlir", - deyə o, bildirib.

Rəqsanənin bu sözləri və paylaşımı sosial mediada geniş müzakirə olunub. Bəzi izləyicilər onun tərzini tənqid ediblər, digərləri fərqli fikirlər səsləndiriblər./publika_ws/