Rəşad Nəbiyevin vətəndaş qəbulunun vaxtı dəyişib

17:03 02.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Nazir Rəşad Nəbiyevin Xaçmazda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişib.

Hafta.az bildirir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) Mətbuat xidməti məlumat yayıb.

"Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin 3 iyul 2026-cı il tarixində saat 09:00-da Xaçmaz şəhərində yerləşən Tarix Diyarşünaslıq Muzeyində Quba, Qusar və Xaçmaz rayonlarının sakinləri ilə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulu təxirə salınıb.

Qəbulun tarixi barədə əvvəlcədən ictimaiyyətə məlumat veriləcək",-deyə RİNN-in Mətbuat xidmətindən əlavə edilib.