Reza Deqatinin fotolarından ibarət sərgi təşkil olunub - FOTO

19:32 31.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Heydər Əliyev Mərkəzinin qarşısında dünya şöhrətli fotoqraf Reza Deqatinin sərgisi təşkil olunub.

Hafta.az xəbər verir ki, "Humanity" adlı sərgidə fotoqrafın dünyanın müxtəlif yerlərinə səfəri zamanı çəkdiyi fotolar nümayiş etdirilir.

Qeyd edək ki, Reza Deqati 20 Yanvar hadisələrini, o cümlədən, Xocalı soyqırımının şahidlərini, eləcə də şəhidlərini çəkib. Bundan başqa, müharibə gedən digər bölgələrdə Şuşa, Zəngilan, Cəbrayılda baş verən hadisələri də fotoaparatının yaddaşına köçürüb. O, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün bir çox Avropa ölkələrində sərgilər təşkil edib, dəfələrlə ermənilərin hücumuna məruz qalıb.

Oxunma sayı 450