Yazını böyüt
Yazını kiçilt
2022-2023-cü tədris ili üçün Müəllimlərin İşə Qəbulu üzrə müsabiqəsində riyaziyyat fənnindən əlavə test imtahanı iyulun 25-də keçiriləcək.
Hafta.az-ın məlumatına görə, bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən bildirilib. İmtahanla bağlı məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.
Namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanların keçiriləcəyi vaxt və məkanla tanış ola bilərlər.