Rizə-Artvin hava limanı Türkiyə ilə Azərbaycan arasında məsafəni qısaltdı - Hikmət Babaoğlu

16:14 16.05.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Türkiyə-Azərbaycan münasibətləri dünya ölkələri arasında bənzəri olmayan münasibətlərdir. Bu münasibətlər Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın həyata keçirdiyi strateji siyasət sayəsində hər iki qardaş xalqın maraqları konteksində dumradan inkişaf edir”.

Bunu Hafta.az-a Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib. Onun sözlərinə görə, Qara dənizin üzərində inşa edilən nəhəng layihə, Rize-Artvin Hava Limanının açlış mərasimində də  iki qardaş ölkənin prezidentlərinin birgə iştirakı həm ölkələrimiz arasında olan qardaşlıq və strateji müttəfiqlik münasibətlərimizin göstəricisi həm də ön Asiyadan Qafqazlara və Orta Asiyaya qədər uzanan böyük etnosiyasi coğrafiyada nəqliyyat kommunikasiya xətlərinin yaradılması baxımından olduqca əhəmiyyətli hadisədr.

“Hazırda Türkiyə-Azərbaycan tandemi iqtisadi-siyasi və mədəni-humanitar sahədə geniş geostrateji rayonda təyinedici faktordur. Açılan hər yeni hava limanı da  yaradılan hər müəssisə regional inkişaf və inteqrasiyaya xidmət edir. Bir müddət öncə işğaldan azad edilmiş ərazilərimizdə inşa edilən Füzuli hava limanında qardaş ölkənin prezidenti, cənab Rəcəb Tayyib Ərdoğaının da iştirak etməsi iki qardaş ölkənin tarixi-təbii müttəfiqliyinin bütün sahələrdə inkişaf etdiliməsi əzminin göstəricisi idi. 2021-ci il iyun ayının 15- də Şuşada imzalanan Şuşa Bəyannaməsi iki hərbi-strateji kontekstə Türkiyə-Azərbaycan münasibətlərinin dövlətçilik tarixində mühüm bir hadisə idi. Bu bəyannamə bir millət iki dövlət anlayışının real dövlətlərarası münasibətlərdə rəsmiləşdirilməsi kimi də qəbul edilə bilər”.

H.Babaoğlu bu müstəvidə iki qardaş dövlət arasında “Şuşa bəyannaməsi”nə diqqət çəkərək, həmin sənədin hazırki mürəkkəb tarixi mərhələdə hər şeydən öncə milli təhlükısizliyimiz baxımından strateji çağırış kimi qeyd edib.

“Yeni açılan Rizə-Artvin hava limanı Türkiyə ilə Azərbaycan arasında məsafəni bir qədər daha qısaltmış oldu.Rizə-Artvin hava limanı Türkiyənin Qafqaza açılan yeni səma qapısı oldu. Bu isə həm ticarətin asanlaşdırılması və yüklərin daha qısa müddətdə çatdırılması həm də turizm mübadiləsi və mədəni əlaqələrin daha da dərinləşməsi baxımından yeni imkanlar və perespektivlər deməkdir”.

Oxunma sayı 40