Yazını böyüt
Yazını kiçilt
Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo karyerasını Avropa klublarından birində davam etdirə bilər. Bu barədə sosial şəbəkələrdə qətərli insayder Mohammed Al-Kaabi yazıb.
Mənbənin məlumatına görə, forvardın agenti Xorxe Mendeş Avropa klublarından birindən təklif aldıqdan sonra Səudiyyə Ərəbistanının Əl-Nasr klubu ilə danışıqları yekunlaşdırıb. Komandanın adı açıqlanmasa da, klubun Çempionlar Liqasında çıxış etdiyi qeyd edilir.
Eyni zamanda, daha əvvəl Ronaldonun "Əl-Nəsr"lə müqavilə imzalamağa yaxın olduğu bildirilirdi.