Ronaldo ehtiyat oyunçularla məşq etməkdən imtina edib

19:15 07.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo DÇ-2022-nin 1/8 finalında İsveçrə ilə matçda ehtiyat oyunçular skamyasında qalan futbolçularla məşq etməkdən imtina edib və əsas heyətlə bərpa işlərinə üstünlük verib.

Hafta.az Daily Mail-ə istinadən bildirir.

Portuqaliyalı hücumçu DÇ-2022-nin 1/8 finalında İsveçrə ilə matçın (6:1) start heyətində yer almayıb və vaxtının çoxunu ehtiyat oyunçular skamyasında keçirərək, yalnız 74-cü dəqiqədə meydana daxil olub. O, qol vurmağı bacarıb, lakin oyundankənar vəziyyət səbəbindən bu qol ləğv edilib. Ronaldonun daha məhsuldar hərəkətləri qeyd olunmayıb.

Buna baxmayaraq, hücumçu Portuqaliya yığmasının əsas komandasına qoşulmaqda və onlarla birlikdə trenajor zalında bərpa məşqi etməkdə israr edib.

Portuqaliya növbəti matçını penaltilər seriyasında daha güclü olmaqla 1/8 finalda İspaniyanı mübarizədən kənarlaşdıran Mərakeş komandasına qarşı keçirəcək. Oyun dekabrın 10-da baş tutacaq.

Oxunma sayı 1839