Ronaldo “Əl-Nəsr”dən niyə narazıdır?

20:01 24.08.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Məşhur futbolçu Kriştiano Ronaldonun da formasını geyindiyi "Əl-Nəsr" (Səudiyyə Ərəbistanı) maliyyə çətinliyi ilə üzləşib. 

Yenisabah.az xəbər verir ki, bu barədə "Essentially Sports" məlumat yayıb. 

Klub rəhbərliyi Səudiyyə investisiya fondundan komandanın gücləndirilməsi üçün pul istəyib və rədd cavabı alıb. Hücumçu Kriştiano Ronaldo klubdakı maliyyə böhranından xəbərdardır və bundan narazıdır.  dirnaq modelleri

Eyni zamanda, 39 yaşlı ulduz futbolçu “Əl-Nəsr” rəhbərliyinin tələbi ilə hazırkı vəziyyəti açıq şəkildə şərh etmir. 

Qeyd edək ki, Ronaldo 2022-ci ilin dekabr ayından "Əl-Nəsr"in futbolçusudur.